Martın 21-i, axşam saatlarında Rusiya Zaporojyeyə hücum edib. Bu hücum nəticəsində 5 nəfər yaralanıb, ölənlər var. Bu barədə Zaporijjya vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.
Onun sözlərinə görə, 5 zərərçəkən rayon mərkəzindəki xəstəxanalarda qalır. İki qadın və iki kişiyə orta dərəcəli xəsarət diaqnozu qoyulub. Beyni silkələnmiş körpə də xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
"Bu hücum bütöv bir ailənin həyatına son qoydu. Ata və qızının cəsədləri dağıntılar altından çıxarıldı. Həkimlər 10 saatdan çox ananın həyatı üçün mübarizə apardılar. Lakin təəssüf ki, onu xilas etmək mümkün olmayıb", - Fedorov qeyd edib. O əlavə edib ki, 12 nəfər də müxtəlif bədən xəsarətləri ilə həkimə müraciət edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural