Ruslar Depardyeni niyə ölkədən çıxarmırlar?

Ruslar Depardyeni niyə ölkədən çıxarmırlar?
22 Mar 2025 12:55

Fransalı aktyor Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqının üzvü kimi qalıb. Çünki o, yalnız rəsmi xəbərdarlıqdan sonra rüsumları ödəmədiyi üçün ölkədən çıxarıla bilər. Bu barədə Rusiya mediası ittifaqın nümayəndələrinə istinadən məlumat yayıb.


“Təkcə Depardye deyil, bir sıra digər kinorejissorlar da haqqını ödəmirlər. Əgər şəxs iki ildən artıq müddət ərzində üzvlük haqqı ödəmirsə, onlara borc barədə rəsmi bildiriş göndərilir”, - deyə ittifaqdakı mənbə bildirib.


Onun sözlərinə görə, aktyor borcunu ödəməsə, idarə heyəti onun Kinematoqrafçılar İttifaqından xaric edilməsi məsələsini qaldıra bilər. Agentliyin məlumatına görə, aktyora hələ ki, borcla bağlı rəsmi bildiriş göndərilməyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada