Sankt-Peterburqun “Pulkovo” aeroportunda tətbiq edilən müvəqqəti məhdudiyyətlər ləğv olunub.
News365.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.
“Pulkovo”da bu gün yerli vaxtla 07:45-də tətbiq edilən 3 saatlıq məhdudiyyətlər sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyinin təmin olunması məqsədi daşıyırdı.
Məhdudiyyətin qüvvədə olduğu müddət ərzində 20 təyyarə ehtiyat aerodromlara yönləndirilib.
***
Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanı uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.
News365.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün Moskva vaxtı ilə saat 07:45-dən etibarən Sankt-Peterburqun Pulkovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - məlumatda deyilir.
Bildirilir ki, aviadispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.