Rusiya Zaporojyedə aktiv döyüşlərə başlayıb

Rusiya Zaporojyedə aktiv döyüşlərə başlayıb
22 Mar 2025 11:43

Rusiya qoşunları Zaporojye vilayətində aktiv əməliyyatlara keçib, Stepovoe kəndini azad edib və Orexovodan qərbdə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıblar. Ukrayna qoşunları Pyatixatki və Lobkovoda mühasirə təhlükəsi altındadır. Bu barədə Rusiya mediası məlumat yayıb.


Məqalədə deyilir ki, bu ərazidə gələcək irəliləyişlər ruslara Ukrayna Silahlı Qüvvələrinin Zaporojya vilayətindəki əsas xəttlərindən biri olan Orexova çatmağa imkan verəcək. Oradan Zaporojye şəhərinə cəmi 50 kilometr məsafədir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada