Avqustun 25-də Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində dörd kəndi hədəfə alıb.
News365.az xəbər verir ki, məlumatı Ukrayna mətbu orqanı "Ukrinform" yayıb.
Hücum nəticəsində 66 yaşlı bir qadın xəsarət alıb. Bir neçə yaşayış evi, qaz kəməri və elektrik infrastrukturu zədələnib.
Əməliyyatın iki “Molniya” və iki FPV tipli dron vasitəsilə həyata keçirildiyi bildirilir.
News365.az