Rusiya Ukraynadan dörd dəfə çox tank itirib - "Business Insider"

Rusiya Ukraynadan dörd dəfə çox tank itirib - "Business Insider"
23 Mar 2025 12:15

“Business Insider” “Oryx” layihəsi üzrə açıq mənbələrə əsaslanan analitiklərin məlumatlarına istinadən maraqlı xəbər yayıb. Nəşr yazıb  ki, Moskva üç ildən artıq bir müddətdə- qonşusuna hücuma başladıqdan sonra Ukraynadan xeyli çox tank itirib.


Belə ki, Rusiya 3800-ə yaxın tankını əldən verib. Onalr ya tamamilə məhv edildi, ya da ciddi şəkildə zədələndi. Siyahıda döyüş meydanında tərk edilən və ya ələ keçirilən tanklar da var. Analitiklərin fikrincə, Ukraynanın itkiləri təxminən 1100 tank təşkil edir.


Bu rəqəmlərə yalnız foto və ya videogörüntülərə düşmüş və bu yollarla təsdiqlənmiş texnikalar daxildir. Buna görə də real itkilər daha da yüksək ola bilər.

Müəllif onu da xatırladıb ki, Rusiya Kursk yaxınlığında mövqelərini tədricən yaxşılaşdırır. Ukrayna qüvvələrinin avqust ayında bölgəni işğal etməsindən sonra başlayan səkkiz aylıq döyüş zamanı Ukrayna öz ərazisindəki döyüşlərdə olduğundan daha sürətlə tanklarını itirməyə başladı.

Hesablamalara görə, Rusiya Kurskda 66, Ukrayna isə 55 tank itirib. Bu nisbət Ukrayna hərbçiləri üçün əlverişsizdir.

Bununla belə, Ukrayna ordusu Qərb istehsalı olan “Leopard 1”, “Leopard 2” və “M-1”ləri almaqla tank parkını fəal şəkildə yeniləyir. Amma rus qoşunları köhnəlmiş modellərə arxalanmağa məcburdur. Eyni zamanda, Rusiya Ukrayna ilə müqayisədə tankların təmiri və dəyişdirilməsi üçün daha böyük imkanlara malikdir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada