"Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında qurulacaq təmas hələlik razılaşdırılmayıb. Lakin Rusiya Federasiyasında buna hazırlıq gedir".
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yerli mediaya müsahibəsində bildirib.
“Daxili hazırlıqlar davam edir. Biz yəqin ki, Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə, qrafikləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq”, - o qeyd edib.
Ryabkov onu da vurğulayıb ki, hazırda ABŞ-nin yeni administrasiyası ilə razılaşmalar üçün kiçik imkan pəncərəsi var.
Bununla belə, Rusiya XİN rəhbərinin müavini hesab edir ki, Trampın gəlişindən sonra Rusiya ilə ABŞ arasında münasibətlərin müddəti əhəmiyyətli dərəcədə gözlənilməz proseslərlə xarakterizə olunacaq.
Yanvarın 20-də Tramp rəsmi olaraq prezident kimi fəaliyyətə başladı. O, inauqurasiya mərasimi keçirdi. Siyasətçi mərasimdən sonra Ağ Evdə jurnalistlərlə görüşü zamanı dedi ki, Putinlə yaxın vaxtlarda telefon danışığı apara bilər.
Tural