Rusiya Rövşən Əsgərovu terrorçu və ekstremistlər siyahısına saldı

Rusiya Rövşən Əsgərovu terrorçu və ekstremistlər siyahısına saldı
17:05

Məşhur jurnalist, “Nə? Harada? Nə vaxt?" intellektual verilişinin ulduzuna çevrilmiş Rövşən Əsgərov (Rusiya Federasiyasında xarici agent kimi tanınıb-red.) ekstremist və terrorçular siyahısına əlavə edilib. Bu barədə Rosfinmonitorinqin mətbuat xidməti məlumat yayıb.

Siyahıda həmçinin ölkənin üç regionunda təxribat törətməyi planlaşdıran “Rusiyaya Azalıq” legionun (Rusiyada qadağan olunmuş təşkilatdır-red.) üzvü Ruslan İzerski də var. 2024-cü ilin dekabrında Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Əsgərov 2022-ci ilin dekabrında xarici agentlər siyahısına əlavə edilib. Bundan əlavə, o, "nasizmin reabilitasiyası" işi üzrə qiyabi həbs edilib. İşin açılmasına səbəb Əsgərovun Rusiyada qadağan olunmuş sosial şəbəkələrdən birində hərbi lider Georgi Jukov haqqında yazdığı paylaşım olub.



Tural