İspaniyada çimərliklər böyük miqdarda yosunların sahilə çıxması səbəbindən qəhvəyi rəngə çevrilib. Bu barədə Mirror məlumat yayıb.
Qeyd edilib ki, İspaniyanın məşhur kurortları gözlənilməz problemlə üzləşib: "Ölkənin çimərlikləri "Rugulopterix okamurae" yosunlarının çoxalması səbəbindən qəhvəyi təbəqə ilə örtülməyə başlayıb. Bu yosun növünün vətəni Sakit Okeandır. O, Atlantik və Aralıq dənizində sürətlə yayılaraq yerli hakimiyyət orqanları və turistlər arasında narahatlıq yaradır".
Yosunlar dənizin dibini tamamilə örtürlər və qalıqları cərəyanlar tərəfindən sahilə aparılır. Nəticədə çimərliklər qəhvəyi rəngə boyanır. "Rugulopterix okamurae" ekosistemə birbaşa təhlükə yaratmasa da, onların xoşagəlməz qoxusu və xoşagəlməz görünüşü istirahət edənləri ruhdan salır.
Tural