Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmü təsdiqləndi

Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmü təsdiqləndi
15:55

İranın Ali məhkəməsi Azərbaycan Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. 

News365.az xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfarsında bildirib. 

Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq.