Rusiya qırıcıları ilə F-16-ların döyüş olub

Rusiya qırıcıları ilə F-16-ların döyüş olub
21 Fev 2025 14:55

Rusiya qırıcıları Ukraynada döyüş zonasında Amerika istehsalı olan F-16 qırıcıları ilə uzaq mənzilli raket döyüşü keçirib. Bu barədə “Voenniy obozrevatel" Telegram kanalı məlumat yayıb.


“Rusiya tərəfindən heç bir itki olmayıb. Düşmən tərəfin məlumatları isə ziddiyyətlidir”, - deyə kanal bildirib.

Döyüşün müddəti və yeri barədə əlavə məlumat verilməyib. Toqquşmada hansı rus qırıcısının iştirak etməsi də məlum deyil.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada