Rusiya Silahlı Qüvvələrinin hücum bölmələi hücumlar zamanı FPV dronlarından fəal şəkildə istifadə etməyə başlayıblar. Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, bu yeni taktika düşmən mövqelərinə daha effektli və sürətli zərbələr endirməyə imkan verir.
“Hücum qoşunları artıq özləri ilə FPV dronları gətirməyə başlayıblar. Bu taktika düşmən xəttinin arxasındakı dron operatorlarına hədəfləri daha sürətli vurmağa imkan yaradıb”, - məqalədə deyilir.
"Forbes" qeyd edib ki, bu yenilik FPV dronlarının Rusiya piyadalarının hücum əməliyyatlarında effektivliyini əhəmiyyətli dərəcədə artırıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural