Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi
17:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirini səsləndirib.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib.

Ərdoğan adıçəkilən şeirdə iki ölkənin ortaq dəyərlərini və qardaşlıq münasibətlərini vurğulayıb:

“Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə”.

Türkiyə Prezidenti Azərbaycanın şanlı bayrağının səmalarda əbədi olaraq dalğalanmasını arzulayıb.

O, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.


Sizin reklam burada
Sizin reklam burada