Rusiya Krokusdakı terrorun kimin təşkil etdiyini açıqlayıb

Rusiya Krokusdakı terrorun kimin təşkil etdiyini açıqlayıb
22 Mar 2025 11:16

2024-cü il martın 22-də “Krokus Siti Holl”da baş vermiş terror aktının təşkilinin arxasında qeyri-dost dövlətin xüsusi xidmət orqanları dayanır. Terror aktının məqsədi Rusiya Federasiyasında sabitliyi pozmaq olub. Bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.


“Toplanan sübutlar əsasında istintaq belə nəticəyə gəlib ki, terror aktı Rusiyada vəziyyəti sabitləşdirmək məqsədi ilə qeyri-dost dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb və təşkil edilib”, -o vurğulayıb.

Petrenkonun sözlərinə görə, terror aktları törətmək üçün prosesə beynəlxalq terror təşkilatının üzvləri cəlb edilib.

Bundan əvvəl “Crocus City Hall”a hücum edən terrorçuların “MEGA Belaya Dacha” ticarət mərkəzinə və Qırmızı Meydana da hücumlar planlaşdırdığı açıqlanmışdı. Bunu terror aktında təqsirləndirilən şəxslərdən birinin vəkili deyib.

Qeyd edək ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonuna terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada