Rusiya İrana iki təyyarə göndərir

Rusiya İrana iki təyyarə göndərir
27 Apr 2025 15:51

Rusiya İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayışla bağlı bu ölkəyə iki təyyarə göndərəcək.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən, fövqəladə hallar naziri Aleksandr Kurenkov İranın Bəndər-Abbas şəhərinə iki təyyarənin – Be-200ÇS amfibiya təyyarəsinin və İl-76 təyyarəsinin göndərilməsi barədə göstəriş verib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb, 1139 nəfər isə yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada