Dövlət Dumasının sədr müavini Vladislav Davankov özünün "Telegram" kanalında "Solovyov Live" telekanalının dövlət maliyyələşdirilməsindən məhrum edilməsinə çağırıb.
Deputat bu kütləvi informasiya vasitəsinin (KİV) nə üçün və kimin üçün yayım etdiyini anlamadığını etiraf edib.
Vitse-spiker kanalın aparıcısı Sergey Karnauxovun mövqeyi ilə razılaşmayıb. Qeyd edək ki, sözügedən aparıcı ərin xüsusi hərbi əməliyyatdan (XHƏ) qayıdaraq arvadını döyməsini normal hal hesab edir.
"Karnauxov, görünür, məişət zorakılığını normal hesab edir. Və belə insanların dövlət maliyyəsi hesabına yaşayan kanalda tribuna əldə etməsi mənə iyrənc gəlir", — deyə Dövlət Dumasının vitse-spikeri bəyan edib.