Rusiya Dneprə zərbələr endirib - 1 ölü, 13 yaralı

Rusiya Dneprə zərbələr endirib - 1 ölü, 13 yaralı
09:45

Ukraynanın Dnepropetrovsk vilayətinə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə edilən kütləvi hücum nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb.

News365.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

"İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb. Yaralıların əksəriyyəti orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağırdır", - o bildirib.

Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində Dneprdə bir neçə yanğın baş verib.


Sizin reklam burada
Sizin reklam burada