Rayondakı qaynaqlarımdan
aldığım məlumata görə, bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdə
"Kapital Bank"ın bankomatları söküblər. Bir neçə gün əvvəl isə rayon
xəstəxanasının bəzi aparatları da sökülüb Şərura aparılıb.
Hər iki
hadisəni rayonun ləğvinə hazırlıq kimi dəyərləndirən bəzi sakinlər etiraza
qalxışıblar. Hətta bankomatın sökülməsinə etiraz edənlərlə asayış keşikçiləri
arasında xırda çəkişmə belə yaşanıb.
Bu etiraz
aksiyalarında rayon icra başçısının nə qədər rol oynayıb-oynamadığını bilmirəm.
Amma onu hiss edirəm ki, mənə qarşı kampaniya hansısa qüvvə tərəfindən təşkil
olunur. Yoxsa sadə vətəndaş hardan bilir ki, bizim ailə 52 əvvəl Sədərəkdə
yaşayıb.
Görünür,
rayonlarının ləğv ediləcəyini düşünən rayon rəhbərliyi ölkə başçısına
etirazlarını mənim üstümə hücumla diqqətə çatdırmaq istəyir.
Oyunun
olsun, "canişin"in xala oğlusu.
Heydər
Oğuz, araşdırmaçı-jurnalist