Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Yerli Xalqları Gününün təsis edilməsi haqqında fərman imzalayıb.
News365.az xəbər verir ki, sənədin mətni hüquqi aktların rəsmi dərc edilməsi üçün portalda yerləşdirilib.
Bayramın 30 apreldə qeyd olunması planlaşdırılır. Bu tarix 1999-cu ildə yerli xalqlara həsr olunmuş "Rusiya Federasiyasının Yerli Xalqlarının Hüquqlarının Təminatı haqqında" federal qanunun qəbul edilməsi ilə üst-üstə düşür.
İstirahət gününə daxil edilməyəcək bayramın məqsədi bu xalqların ənənəvi həyat tərzini, iqtisadi fəaliyyətini, sənətkarlığını və fərqli mədəniyyətini qorumaqdır. Putin həmçinin Rusiya Xalqlarının Dilləri Gününün təsis edilməsi haqqında fərman imzalayıb. Bu bayram 8 sentyabrda qeyd olunacaq.