“Rəhmətlik İbrahim Tatlısəslə duet oxumaq istəyərdim”

“Rəhmətlik İbrahim Tatlısəslə duet oxumaq istəyərdim”
04 Noy 2025 14:10

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.

“Rəngarəng” verilişinə qonaq olan sənətçi İbrahim Tatlısəsi ölmüş kimi təqdim edib.

İfaçı ona ünvanlanan “Kiminlə duet oxumaq istəyərdin” sualına “Rəhmətliklə oxuyardım. Tatlısəsi sevirdim. İbrahim Tatlısəs ölüb. Onla oxuyardım” cavabını verib.

Studiyadakıların Tatlısəsin sağ olmasını deməsinə isə Mənzurə “TikTok-da oxumuşam” reaksiyasını verib


Sizin reklam burada
Sizin reklam burada