İraqın Baş naziri xarici qoşunların gələn il ölkədən çıxarılmasını gözləyir

İraqın Baş naziri xarici qoşunların gələn il ölkədən çıxarılmasını gözləyir
03 Noy 2025 22:40

İraq artıq İŞİD terror qruplaşmasının təhlükəsi olmadığı üçün 2026-cı ilin sentyabrına qədər xarici qoşunların ölkədən tamamilə çıxarılmasını gözləyir.

News365.az Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia əs-Sudani deyib.

"İŞİD artıq təhlükə yaratmır. Tanrıya şükürlər olsun ki, ölkədə sabitlik, təhlükəsizlik var. Burada 86 ölkənin koalisiyanın tərkibində olmasını necə əsaslandırmaq olar?", - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, Bağdad ölkədəki bütün silahlı birləşmələrə dövlət nəzarəti qurmağı planlaşdırır, lakin xarici qoşunlar, xüsusən də ABŞ qoşunları ölkədən çıxarılmadan bu, mümkün olmayacaq, çünki silahlı birləşmələrin bəziləri onları işğalçı qüvvələr hesab edir.

"Bu (qoşunların çıxarılmasından – Qeyd) sonra, təbii ki, dövlət strukturlarından kənarda olan bütün silahlı qrupların ləğvi üçün aydın proqram həyata keçiriləcək. Bu, bütün qrupların tələbidir", - o əlavə edib və qruplaşma üzvlərinin silahı yerə qoyduqdan sonra ya rəsmi təhlükəsizlik orqanlarına qoşula, ya da siyasətlə məşğul ola biləcəklərini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada