Devalvasiya ilə bağlı AÇIQLAMA

Devalvasiya ilə bağlı AÇIQLAMA
04 Noy 2025 15:15

Son 5 ildə devalvasiya ilə bağlı risklər görməmişik.

News365.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir deyib ki, 2015-ci ildə Azərbaycanda devalvasiya yaşanıb: "O zaman baxsaq ki, Dövlət Neft Fondundan nə qədər pulumuz var idi və bu vəsaitdən nə qədər istifadə edirdik, bugünkü rəqəmlərlə müqayisə edilmir. Hazırda xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir”.


Sizin reklam burada
Sizin reklam burada