“Bildiyimiz kimi, 2026-cı ildə vergilərə (özəl sektorda çalışan şəxslərin əməkhaqqından tutulan vergilər – red.) güzəşt müddəti bitdi. Hökumət tərəfindən müvafiq addım atılmasaydı 2026-cı ildə 14 və 25 faizlik rəqəmlər qüvvəyə minəcəkdi. Amma ciddi bir güzəşt yenidən irəli sürüldü.
2500 manata qədər əməkhaqqıdan cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Dünyada çox az ölkədə bu qədər aşağı rəqəmlə gəlir vergisi mövcuddur. Biz ümumi fiskal yükü tənzimləyirik.
Azərbaycanda əvvəllər fiskal yük 50-52 faizə qədər gedib çıxırdı”.
News365.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırlanan yeni layihə ilə bunu daimi dərəcələrlə tətbiq edirik:
“2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadək 10 %, 8000-dan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Bunun özü də çox böyük bir güzəştdir”.