Ulyanov: Qərbin şantaj və ultimatum siyasəti nəticə verməyəcək

Ulyanov: Qərbin şantaj və ultimatum siyasəti nəticə verməyəcək
16:05

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Qərb ölkələrinin İranın nüvə proqramı ilə bağlı siyasətini tənqid edib.

News365.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib  


O qeyd edib ki, Qərbin Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dair şantaj və ultimatumlara əsaslanan yanaşması nəticə verməyəcək. Diplomatın sözlərinə görə, bu siyasət nə effektiv, nə də perspektivlidir.


Ulyanov əlavə edib ki, problemin yeganə həlli yolu dialoq və qarşılıqlı hörmət əsasında mümkündür.



Sizin reklam burada
Sizin reklam burada