Serbiyanın paytaxtı Belqradda qocalar evində yanğın baş verib.
News365.az xəbər verir ki, dövlət RTS televiziyasının verdiyi məlumata görə, Belqradın cənub kənarında yerləşən Barajevo bələdiyyəsində səhər saat 3:30 radələrində baş verən yanğında 8 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Fövqəladə hallar sektorunun zabiti Luka Kausiç evdə 30 nəfərin olduğunu bildirib:
“Bu, böyük faciədir, lakin daha da pis ola bilərdi” . Yaralılar Belqraddakı xəstəxanaya yerləşdirilib