Niderlandda yaşayan soydaşımız, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun sözü gedən agentliyin saytında “Azadlığa gedən yol” adlı yazısı yayımlanıb.
Yazıda SSRİ – nin süqutundan, ittifaqa daxil olan ölkələrin azadlıq yolundan bəhs edilir. Həmçinin yazıda 20 yanvar 1990 – cı ildə Sovet ordusunun Bakıda törətdiyi qırğınlara da xüsusi yer verilib. Qırğının törədilməsində başlıca günahkar kimi SSRİ – nin o zamankı rəhbəri Qarbaçovun adı çəkilib. Məqalədə qeyd edilib ki, baxmayaraq ki, Qarbaçov Qərbdə sevilir, onun əlinin köhnə sovet xalqlarının qanına batdığını da unutmaq olmaz. Sonda isə soydaşımız Azərbaycan ictimaətinin Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnesə Qorbaçova verilmiş sülh mükafatının geri alınması üçün müraciət etdiyini də yazıb və “Fikrimcə, bunun baş verəcəyinə müraciət edənlər özləri də inanmırlar, amma bunu etiraz forması kimi edirlər. Bu il 20 Yanvar 1990-cı il Bakı qırğınının üstündən 35 il keçir. Bu müraciətlə Azərbaycan xalqı bir daha öz səsini dünyaya çatdırmağa çalışır” - deyə soydaşımız qeyd edib.