İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Onda Cero radiostansiyasına açıqlamasında diqqət çəkən fikirlər səsləndirib.
O, deyib ki, hazırda dünya Berlin divarlarının sökülməsi ilə müqayisə edilə bilən bir dəyişikliklər yaşayır.
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə gəlişi olmasaydı belə, biz indi beynəlxalq siyasi proseslərin dönüş nöqtəsində olduğumuzu başa düşə bilərdik… Bu, bəlkə də yalnız Berlin divarının aşırılması anı ilə müqayisə edilə bilər. Çünki biz indi dünya nizamının transformasiyasını görürük...”, - İspaniya XİN rəhbəri deyib. Diplomatın sözlərinə görə, Ukrayna və Yaxın Şərqdəki vəziyyət transatlantik alyans üçün ən mühüm iki problemdir.
Tural