ABŞ-də maraqlı hadisə baş verib. "San Antonio Express-News"un yaydığı məlumata görə, restorana gələn qadın müştəri sousun səbəb olduğu yanıqlara görə restoranlar şəbəkəsini məhkəməyə verib. O, məhkəmədən 2,8 milyon dollardan çox təzminat qazanıb.
"2023-cü ildə 19 yaşlı San Antonio sakini Genesis Monita Bill Miller Bar-B-Q-da yemək yeyərkən yanıb. Tələb olunan 74 ℃ əvəzinə 87 ℃-ə çatan qaynar manqal sousu qızın üstünə dağılıb. Cırıq cins şalvarının arasından müştərinin buduna tökülən yemək ciddi fəsadlar törədib. Amerikalı qadın 2-ci dərəcəli yanıqlardan əziyyət çəkib və onun üzərində cərrahi əməliyyat tələb edən çapıqlar qalıb.
Məhkəmə heyəti yekdilliklə qərar verib ki, şirkət məhsulu çox isti paylamaqla kobud səhlənkarlıq edib və təhlükəsiz qablaşdırma və ya yanma təhlükəsi ilə bağlı xəbərdarlıqlar təqdim etməyib. Zərərçəkmiş qeyd edib ki, bu, restoranda ilk belə hadisə deyil. Məhkəmə fiziki ağrı, ruhi iztirab, müalicə xərcləri və itirilmiş qazanc üçün təzminat, həmçinin ümumilikdə dəymiş ziyana görə ümumi kompensasiyanın ödənilməsi qərarı verib.
Tural