300 evsiz miqrantın Fransa teatrının binasında məskunlaşmasından sonra incəsənət ocağı iflasla üz-üzədir. Bu barədə Oddity Central nəşri məlumat yayıb.
"Artıq bir neçə aydır ki, Parisdəki "Gaite Lyrique" teatrı qışda başlarının üstündə dam örtüyünə ehtiyacı olan bir qrup evsiz miqrantın nəzarəti altındadır. Onlar aidiyyəti qurumun “Fransada Qaçqınlar üçün Qonaqpərvərlik haqqında Yenidən Düşünülməsi” adlı pulsuz konfrans keçirdikdən sonra orada məskunlaşıblar", - nəşr yazıb.
KİV-in məlumatına görə, tədbirdə iştirak edən 250 afrikalı miqrant tədbir başa çatdıqdan sonra oranı tərk etməkdən imtina edib və daha sonra Parisin soyuq havasından gizlənməyə yeri olmayan daha 50-yə yaxın insan da onlara qoşulub. Teatrın rəhbərliyi etiraf edib ki, ən azı yanvarın 24-dək bütün tamaşaları ləğv etmək məcburiyyətində qalıblar. Bu, onların maliyyə stabilliyinə təhlükə yaradır. Çünki müəssisə gəlirinin 70%-ni bu cür tədbirlərdən alır, qalan hissəsi isə dövlətdən subsidiya şəklindədir.
Tural