Türkiyənin Hələbdəki Baş Konsulluğu 13 ildən sonra yenidən fəaliyyətə başladı

Türkiyənin Hələbdəki Baş Konsulluğu 13 ildən sonra yenidən fəaliyyətə başladı
20 Yan 2025 14:28

Türkiyənin Hələbdəki Baş Konsulluğu 13 ildən sonra yenidən fəaliyyətə başlayıb.

News365.az “TRT Haber”ə istinadən xəbər verir ki, Baş Konsulluqda Türkiyə bayrağı qaldırılıb.

Bildirilib ki, viza və pasport prosedurları Türkiyənin Hələbdəki Baş Konsulluğunda həyata keçiriləcək.

Qeyd edək ki, Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən xidmətlərini dayandırıb.


Sizin reklam burada
Sizin reklam burada