İlon Maskın "Intel" şirkətini almaqda maraqlı olması barədə məlumatlar yayılır. Yayılan xəbər şayiə xarakterli olsa da, şirkətin səhmlərinin demək olar ki, 10% əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu barədə WccfTech məlumat yayıb.
Qeyd edilib ki, məlumatın mənbəyi İlon Maskın potensial alıcılardan biri kimi göstərildiyi hesabatı dərc edən SemiAccurate analitik agentliyidir.
Şayiələr digər analitiklərin hesabatları ilə də təsdiqlənir. Məsələn, SemiAnalysis-dən Dylan Patel, X-də (keçmiş Twitter-red.) paylaşım edərək Maskın danışıqlarda iştirak etməsina işarə vurub. Bundan əlavə, Citibank-ın analitiki Kristofer Daneli vəziyyəti şərh edərək, şirkətin üçüncü tərəf kimi çip biznesindən imtina etməyə hazır olan bir CEO-nu işə götürməyincə belə bir alışın Intel üçün zərərli ola biləcəyini söyləyib.
SemiAccurate-nin hesabatında deyilir ki, Intel-in 90% satın alınma ehtimalı var. Maskdan başqa, potensial sövdələşmələrə Qualcomm, ARM və AMD kimi şirkətlər də daxildir. Mask, Global Foundries və Qualcomm-un iştirak etdiyi iddia olunan danışıqların Mar-a-Laqoda keçirildiyi bildirilir.
Tural