Rumıniya Rusiyanın səfirini XİN-ə çağırdı

Rumıniya Rusiyanın səfirini XİN-ə çağırdı
26 İyl 2026 23:16

Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatının vurulmasından sonra Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağırıb.


News365.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Rumıniya Hərbi Hava Qüvvələri son üç gün ərzində ölkənin hava məkanını pozan üçüncü pilotsuz uçuş aparatını zərərsizləşdirib.


XİN-in bəyanatında qeyd olunub ki, Rusiyanın Rumıniyanın hava məkanını pozmağa davam etməsi yolverilməzdir.


“Rumıniyanın hava məkanı eyni zamanda NATO və Avropa İttifaqının hava məkanıdır. Bu cür hərəkətlər qəbuledilməzdir və biz müttəfiqlərimizlə birlikdə məsələyə maksimum ciddi yanaşırıq”, - bəyanatda vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada