Ronaldo İrana gedə bilmədi

Ronaldo İrana gedə bilmədi
02 Mar 2025 21:14

“Əl-Nəsr”ın 40 yaşlı portuqaliyalı hücumçusu Kristiano Ronaldo Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin “İstiqlal”la ilk oyununu buraxacaq.


News365.az xəbər verir ki, Səudiyyə klubu komandanın siyahısını açıqlayıb. Ronaldu siyahıya düşməyib.


Daha əvvəl məlum olub ki, "Əl-Nəsr" Ronaldonun təhlükəsizliyini təmin etmək üçün İran klubundan görüşü neytral ərazidə keçirməyi xahiş edib. "İstiqlal" bundan imtina edib.


Oyun martın 3-də İranda keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada