Komandamız "Böyük Dəbilqə"də 7-ci oldu

Komandamız "Böyük Dəbilqə"də 7-ci oldu
02 Mar 2025 21:30

Cüdo üzrə Azərbaycan komandası Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin ümumi hesabında yeddinci yeri tutub.


News365.az xəbər verir ki, Turan Bayramovun (60 kq) qazandığı gümüş medal sayəsində ölkəmiz Fransa, Kuba, Qazaxıstan, Braziliya, İtaliya və digərlərini qabaqlayıb.


Yaponiya birinci (5-4-2), Çin ikinci (2-0-2) və Özbəkistan isə üçüncü (1-3-8) olub.


Daşkənddə ümumilikdə 13 ölkənin cüdoçuları mükafatlar qazanıblar


Sizin reklam burada
Sizin reklam burada