İngiltərə FA Kubokunun 5-ci turu çərçivəsində "Bornmut" "Vulverhempton"u qəbul edib.
Matçda penalti zərbələri iftar vaxtı ilə üst-üstə düşüb. 120 dəqiqə meydanda qalan "canavarlar"ın əlcəzairli futbolçusu Rayan Ait Nuri penaltilər seriyasından əvvəl orucunu açıb. Daha sonra penaltini qola çevirən Nuri səcdə edərək qol sevincini yaşayıb.
Qeyd edək ki, qarşılaşmada əsas vaxt və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə, ev sahibi komanda qalib gəlib.