Erməni azarkeşlərlə polislər arasında kütləvi dava düşüb - VİDEO

Erməni azarkeşlərlə polislər arasında kütləvi dava düşüb - VİDEO
01 Mar 2025 22:25

Ermənistanın Çarentsavan şəhərində futbol matçı zamanı azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

"Sputnik Armeniya"nın yaydığı məlumata görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

"Futbol meydançasında insident baş verib, lakin polis əməkdaşları hadisənin sonrakı inkişafının qarşısını ala biliblər. Beş nəfər izahat vermək üçün Çarentsavan polis şöbəsinə dəvət edilib", - Sarkisyan bildirib.

Hadisə ilə bağlı saxlanılan olmayıb. 



Sizin reklam burada
Sizin reklam burada