Rusiya 2026-cı ilin ilk üç ayında Ukraynaya qarşı müharibə üçün rekord həcmdə vəsait xərcləyib.
News365.az xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri alman iqtisadçı Yanis Klyugenin hesablamalarına istinadən məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-mart aylarının yekununda Rusiyanın hərbi xərcləri yeni maksimum səviyyəyə -5,9 trilyon rubla çatıb. Bu göstərici federal büdcənin ümumi xərclərinin 46 faizinə, həmçinin Rusiyanın illik proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) təxminən 2,5 faizinəbərabərdir.
İqtisadçının hesablamalarına əsasən, hərbi xərclər 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb.
Qeyd olunur ki, hərbi sahəyə ayrılan vəsaitlərin sürətlə artması Rusiyanın dövlət maliyyəsində müdafiə xərclərinin payını daha da yüksəldib.