Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə ÖLDÜ

Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə ÖLDÜ
16:35

Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

News365.az xəbər verir ki, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada