Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri 14 iyunda açıqlanacaq.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat yayıb.
Məlumata görə, MSK-nın bununla bağlı iclası yerli vaxtla saat 18:00-da başlayacaq.
Qurumun açıqlamasına əsasən, iclasda seçki nəticələrinin rəsmi təsdiqlənməsi və yekun hesabatın elan olunması nəzərdə tutulur.