Rafael Ağayevlə Hacı Əliyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Rafael Ağayevlə Hacı Əliyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
18 Fev 2025 12:42

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsində (MOK) vəzifə verilib. 

News365.az məlumat verir ki, MOK-un bu gün start götürən Hesabat-Seçki Baş Məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.  Onlar fərdi üzv kimi MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul edilib.

Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.


Sizin reklam burada
Sizin reklam burada