Bu gün səhər saatlarında Xətai Park yaşayış kompleksində su borusunun partlaması nəticəsində kompleksdəki binalara su verilişi dayandırılıb.
Bu barədə News365.az-a sakinlər məlumat verib.
Hadisə onlar üçün problemlər yaradıb. Qəzaya yağan qar səbəbindən boruların donması və texniki nasazlıq olduğu ehtimal edilir. Aidiyyəti qurumlar problemin həlli üçün tədbirlər aparır.
Qeyd edək ki, Abşeron rayonunun bəzi ərazilərində də artıq su boruları donub və sakinlər susuz qalıb.