Qusarda tikilidə yanğın olub

Qusarda tikilidə yanğın olub
31 Dek 2025 17:35

Qusar rayonunun Xuray kəndində yanğın olub.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan "Changan" markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Sizin reklam burada
Sizin reklam burada