Elgünün yaralı halda tapıldığı yerdən - Görüntülər

Elgünün yaralı halda tapıldığı yerdən - Görüntülər
16 May 2025 15:28

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.

News365.az xəbər verir ki, görüntülərdən ərazinin nəzarətsiz olması məlum olur və cinayət hadisəsinin törədilməsi üçün cəlbediciliyi diqqət çəkir.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdın sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb və istintaq tədbirləri davam etdirilir.

Elgünün tapılığı yerdə deyil, başqa yerdə xəsarət alması və daha sonra oraya gətirilməsi, eləcə də digər versiyalar nəzərdən keçirilir.


Sizin reklam burada
Sizin reklam burada