Qucaqladığı yad it dodağını qopardı - FOTO

Qucaqladığı yad it dodağını qopardı - FOTO
17 Apr 2025 17:40

ABŞ-də it onu sığallamaq istəyən qadının dodağını qoparıb. Bu barədə "Mirror" məlumat yayıb. 


"Minneapolisli Konni Uonberq qəribə bir iti qucaqlayaraq sığallamağa çalışdığını söyləyib. Əlini uzatdığı anda Labrador cinsindən olan it qəfildən ayağa qalxıb və onun üzünü qapıb. Heyvan qadının alt dodağının böyük hissəsini qoparıb. Zərərçəkənin dediyinə görə, xeyli qan itirib və özü də şok keçirib. Daha sonra dodağın bir hissəsi tapıldı, lakin onu bərpa etmək mümkün olmayıb. Çünki toxuma xeyli zədələnib", - nəşr yazıb.

Konni təcili olaraq Hennepin Tibb Mərkəzinə çatdırılıb və orada dörd saatlıq əməliyyat olunub. Cərrahlar alt dodağın yenidən bərpa olunması üçün yuxarı dodağın bir hissəsini götürməli olublar. Bir neçə həftə sonra qadın daha bir mürəkkəb əməliyyat keçirib. Bu, adətən ağır xəsarətlər zamanı istifadə edilən "Esplander flap" proseduru.

Tural


Sizin reklam burada
Sizin reklam burada