Qubada Avropa Kuboku başa çatıb, Azərbaycan cüdoçularl 18 medal qazanıblar

Qubada Avropa Kuboku başa çatıb, Azərbaycan cüdoçularl 18 medal qazanıblar
16:52

Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kuboku başa çatıb.

Yarışın ikinci - sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olub.

Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.

Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) gümüş medalla kifayətləniblər.

Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanıb. Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala layiq görülmüşdülər.

Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.


Sizin reklam burada
Sizin reklam burada