Qubada ağır qəza - YARALILAR VAR + VİDEO

Qubada ağır qəza - YARALILAR VAR + VİDEO
17:40

Qubanın Alekseyevka kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, “Shacman” markalı yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə zamanı xəsarət alanlardan birinin azyaşlı olduğu bildirilir. Minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq sümüklərinin sınması ilə nəticələnən travmalarla xəstəxanaya yerləşdirilib. 

Sürücünün yanında olan sərnişinin isə vəziyyətinin qənaətbəxş olduğu, onun yüngül xəsarətlər aldığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada