Türkiyədə qadın 26 il əvvəl boşandığı keçmiş əri tərəfindən bıçaqlanıb.
News365.az xəbər verir ki, hadisə qadının oğlunu ziyarətə getdiyi zaman baş verib.
Məlumata görə, 26 il əvvəl boşandığı və uzun illərdir görmədiyi keçmiş əri Meneş Tekinə boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.
Yaralı qadın oğlunun müdaxiləsi nəticəsində xilas edilib və xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.