dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
News365.az xəbər verir ki, vəzifəsini itirən general-mayor rəsmi açıqlanan məlumatlarında Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirməsini qeyd etsə də,ilk oxuduğu universitetin adını gizli saxlayıb.
Məlumata görə, İlqar Abbasov hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub.
Məlumat üçün qeyd edək ki,sözügedən universitetin rektoru hazırda Fransada yaşayan və Bakının Nəsimi rayon məhkəməsinin qiyabi olaraq həbsə məhkum etdiyi və barəsində beynəlxalq axtarış qərarı çıxarılan Elşad Abdullayev idi.
İddiaya görə,O, həmin universitetə testdən kənar yolla qəbul olunubmuş.
Mətbuatın yazdığına görə,general-mayor rütbəsi daşıyan İlqar Abbasov gündəlik həyatda və vəzifə başında olarkən küçə söyüşlərindən istifadə edirmiş.
Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.
Xatırladaq ki, İ.Abbasovun birinci müavini general-mayor İsmayıl Hüseynovla da arasında münaqişə yaşanıb. İsmayıl Hüseynov cəmi 9 gün əvvəl - oktyabrın 15-də vəzifəsindən azad edilib.

Fotoda İsfəndiyar Möhbalıyevdir
İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə də problem yaşayıb. Bir müddət əvvəl isə onların arasındakı münaqişə sakitləşib. ///oxu24.com