Qocalma nə vaxt başlayır? – Mütəxəssisdən diqqətçəkən açıqlama

Qocalma nə vaxt başlayır? – Mütəxəssisdən diqqətçəkən açıqlama
09:35

İnsan bədəni yaş artdıqca tədricən dəyişir. Lakin qocalma prosesinin ilk əlamətləri çoxlarının düşündüyündən daha erkən – 25-30 yaş aralığında özünü göstərə bilər. Bu dəyişikliklər əvvəlcə nəzərə çarpmayan olsa da, sonrakı illərdə orqanizmin müxtəlif funksiyalarında daha aydın hiss olunur.

News365.az xəbər verir ki, bunu Seçenov Universitetinin Normal Fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru Aleksey Umryuxin deyib.

Mütəxəssisin sözlərinə görə, orqanizmdə yaşla əlaqəli ilkin dəyişikliklər 25-30 yaşlarından etibarən başlaya bilər. Lakin qocalma prosesinin daha nəzərəçarpan mərhələsi əsasən 45 yaşdan sonra müşahidə olunur.

Bu dövrdə görmə ilə bağlı dəyişikliklər meydana çıxa bilər. Xüsusilə göz linzasının bulanıqlaşması və yaşla əlaqəli uzaqgörənlik kimi problemlər tədricən özünü göstərə bilər.

Umryuxin bildirib ki, 50 yaşdan sonra orqanizmin bəzi funksiyalarında zəifləmə daha aydın xarakter alır. Bu mərhələdə qan damarlarında aterosklerotik dəyişikliklərin yaranması da mümkündür.

Həkim qocalma prosesinin sürətinin yalnız yaşdan asılı olmadığını vurğulayıb. Onun sözlərinə görə, insanın həyat tərzi, gündəlik fiziki aktivliyi və psixoemosional vəziyyəti orqanizmdə yaşla bağlı dəyişikliklərin gedişinə təsir edən əsas amillərdəndir.

Mütəxəssis orqanizmin imkanlarına uyğun olaraq müntəzəm və orta səviyyəli fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada