QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər FOTO

QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər FOTO
24 İyn 2024 18:04

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Qubadlı rayonuna səfər ediblər.

 Zəngilan və Qubadlıya ezam olunmuş müxbiri xəbər verir ki, Zəngilanda keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində baş tutan səfər zamanı Dövlət Sərhəd Xidmətinin Qubadlıdakı N saylı hərbi hissəsi ziyarət edilib.

200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlər Zəngilan və Qubadlıda aparılan infrastruktur və quruculuq işləri ilə tanış olub, "Böyük Qayıdış"a hazırlıq prosesi haqqında məlumat alıblar.

N saylı hərbi hissədə isə qonaqlar 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə iştirak ediblər, nümayiş olunan hərbi-texniki vasitələrlə tanış olublar.

Daha sonra hərbi orkestrin müşayiəti ilə konsert proqramı təşkil edilib.


Youtube kanalımız

Oxşar xəbərlər